“İnter” onu icarəyə götürməyə çalışır
16 iyun 2023 13:28 (UTC +04:00)

“İnter” onu icarəyə götürməyə çalışır

0

İtaliya kubokunun və superkubokunun qalibi "İnter" Londonun "Arsenal" klubunun 21 yaşlı amerikalı hücumçusu Folarin Baloqunu icarəyə götürməyə çalışacaq.

Lent.az bildirir ki, bu barədə “La Gazzetta dello Sport” xəbər verir.

"İnter"in idman direktoru Piero Auzilio "Arsenal" rəhbərliyi ilə danışıqlar aparmaq üçün Londona gedib.

London klubu futbolçu ilə 40 milyon avroya ayrılmağa hazırdır.
 
Ötən mövsüm Folarin Baloqun icarə əsasında Fransa "Reyms"ində çıxış edib. O, Fransa çempionatında 37 oyun keçirib, 21 qol və iki məhsuldar ötürmə müəllifi olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1496

Oxşar yazılar