İtaliya çempionatında səfər oyunu zamanı "Kremonese"nin qapıçısı Emilya Auderoya fişəng atılması ilə bağlı hadisədən sonra İtaliya vitse-çempionu "İnter"in azarkeşləri komandalarının A Seriyasındakı növbəti üç səfər oyununa gedə bilməyəcəklər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hadisə nəticəsində Audero ayağından zədələnib və sağ qulağında eşitmə itkisi yaşayıb.
Bu qərarı İtaliya Daxili İşlər Nazirliyi verib. Məlumata görə, qadağa 2026-cı il martın 23-nə qədər qüvvədədir və "İnter" və "Milan" arasında keçiriləcək derbiyə (8 mart) şamil edilməyəcək.
"İnter" azarkeşləri "Sassuolo", "Lecce" və "Fiorentina" ilə səfər oyunlarına qatıla bilməyəcəklər.