Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellinqem karyerasını harada davam etdirəcəyinə qərar verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Sport1.de”nin eksperti Patrik Berqerin sözlərinə görə, 19 yaşlı ingilis ulduz vətənə qayıtmağı planlaşdırır və artıq özünə klub tapıb.
Yarımmüdafiəçi “Liverpul”a getmək istəyir və onu dəf edən yeganə şey “mersisaydlılar”ın bu mövsümki uğursuzluqlarıdır. Əgər “qırmızılar” vəziyyəti düzəldə bilməsə, Bellinqem daha bir il “Borussiya”da qala bilər.
“Bellinqemin çevrəsi ilə söhbətlərdən aydın olur ki, Cude Jurqen Klopp ilə işləməyə və “Liverpul”a keçməyə meyllidir. Amma hazırda “Liverpul” 10-cu yerdədir və avrokubok zonasından 5 xal geri qalır. Buna görə Bellinqem şübhə edir. "Liverpul" ikinci və ya üçüncü olsaydı, artıq "hə" deyərdi", - Berqer deyib.