Halepə 4 illik CƏZA VERİLDİ
12 sentyabr 2023 23:50 (UTC +04:00)

Halepə 4 illik CƏZA VERİLDİ

0

Rumıniyalı tennisçi Simona Halep 2026-cı ilədək diskvalifikasiya olunub.

Lent.az-ın məlumatına görə, o, antidopinq  qaydalarını pozduğu üçün cəzalandırılıb.

2022-ci ilin payızında avqustunda US Opendə Simonanın qanında qadağan olunmuş preparat tapılmışdı. Bundan sonra Beynəlxalq Tennis Federasiyası tərəfindən yarışlardan uzaqlaşdırılan idmançı haqqında bu dəfə daha ağır qərar verilib. O, 2026-cı il oktyabrın 6-dək bütün yarışlardan uzaqlaşdırılıb. Halep qərardan Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət edəcək.

Qeyd edək ki, dünyanın bir nömrəli qadın tennisçisi olan Simona iki dəfə “Böyük Dəbilqə” yarışının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3097

Oxşar yazılar