"Real"ın baş məşqçisi Karlo Ançelotti 2024-cü ildən Braziliya millisini çalışdıracaq.
Lent.az xəbər verir ki, bu barədə Braziliyanın UOL Esporte portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, italiyalı ilə Braziliya Futbol Konfederasiyasının rəhbərliyi arasında şifahi razılıq əldə olunub və bu barədə artıq İspaniya klubunun menecerləri məlumatlandırılıb.