Britaniyalı boksçu Tayson Fyuri ukraynalı Aleksandr Usikə yeni ultimatum verib.
“Əgər o, pul kisəsinin cüzi bir hissəsini almağa razı olsa, o zaman mübarizə apara bilərik. Əgər o, çoxlu pul qazanmaq istəyirsə, o zaman döyüş olmayacaq”, - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, britaniyalı bildirib.
Sentyabrın 14-də Fyuri artıq Usiklə döyüşmək istəmədiyini açıqlayıb. Britaniyalı ilə ukraynalı arasında döyüş dəfələrlə pozulub. Tərəflər qonorarın bölüşdürülməsi ilə bağlı razılığa gələ bilməyiblər.
Usikin 21 döyüşdə 21 qələbəsi var. O, Dünya Boks Təşkilatı (WBO), Beynəlxalq Boks Federasiyası (IBF), Beynəlxalq Boks Təşkilatı (IBO) və WBA Super ağır çəki dərəcəsində çempionluq kəmərlərinin sahibidir.
Fyurinin 33 qələbəsi, 1 heç-heçəsi və məğlubiyyəti yoxdur. O, Dünya Boks Şurasının ağır çəkidə çempionluq kəmərinin sahibidir.