Futbolçunun  dodağından öpən   federasiya prezidenti istefa verdi
11 sentyabr 2023 16:58 (UTC +04:00)

Futbolçunun dodağından öpən federasiya prezidenti istefa verdi

0

İspaniya Kral Futbol Federasiyası (RFEF) rəsmi saytında Luis Rubialesin qurumun prezidenti vəzifəsindən istefa verdiyini təsdiqləyib.

“RFEF Rubialesin istefa verdiyini təsdiqləyir. Bu barədə o, Pedro Roçiyə ünvanladığı məktubda federasiyaya məlumat verib. “Bundan başqa, Rubiales Avropa Futbol Assosiasiyaları İttifaqının vitse-prezidenti vəzifəsindən də istefa verir”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bəyanatda deyilir.

Məmurun vəzifəsini tərk etmək məcburiyyətində qalmasına səbəb olan insident DÇ-2023-ün finalından sonra mükafatlandırma mərasimi zamanı baş verib.İspan futbolçuları ingilis qadınları üstələyib (1:0). Millinin qələbəsinə sevinən Rubiales futbolçu Cennifer Hermosonu qucaqlayıb, dodaqlarından öpüb. Bir çox jurnalist və pərəstişkar Rubialesi tənqid edərək, onun davranışını hədsiz adlandırıblar.

İspaniya futbolunun rəhbəri davranışına görə üzr istəyib, lakin RFEF növbədənkənar assambleya çağırıb və bu toplantıda Rubiales istefa verməyəcəyini və məhkəmədə özünü müdafiə etməyə hazır olduğunu bildirib. 

Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi Rubialesin idmanla bağlı bütün fəaliyyətlərini müvəqqəti olaraq dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2535

Oxşar yazılar