Futbolçu Jerom Boatenqin anası onu ifşa edib. Oyunçunun anası mediaya sızdırdığı məlumatda oğlunun qadınlara təcavüz etdiyini yazıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, məlumatda deyilir: "Oğlum illər boyu qadınlara əqli və fiziki təzyiq göstərib. Onlardan Kasia Lenhardt intihar edib və oğlum hələ də öz davranışının nəticələri ilə üzləşmək istəmir".
Xatırladaq ki, model Kasia Lenhardt 2019-2021-ci illərdə Boatenqlə birlikdə olub. 9 fevral 2021-ci ildə 25 yaşlı Lenhardt intihar edib. Bundan sonra, Berlin hüquqşünaslarından biri Lenhardtın ölümündən bir müddət əvvəl Boatenqin onu təhqir etdiyi barədə polisə məlumat vermək istədiyini təsdiqləyib.
Bundan əlavə, 2019-cu ildə Lenhardtın Boatenqi fiziki zorakılıqda ittiham etdiyi məlumatlar da var. Xüsusilə, model futbolçunun sol əlindəki baş barmağını az qala sındırdığını bildirib.
Eyni zamanda, futbolçunun vəkili jurnalistlərə faktiki olaraq yanlış məlumat verildiyini və müvəkkilinin vəziyyəti şərh etmək niyyətində olmadığını bildirib.