Rusiya millisinin hücumçusu Fedor Smolov 2018-ci ildə dünya çempionatında uğursuzluqdan sonra içkiyə başladığını bildirib. Onun sözlərinə görə, penaltini buraxdığına görə özünü bağışlaya bilməyib.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, Smolov hesab edir ki, “alkoqolla doldurduğunuz bir növ depressiyadır”. Futbolçu matçdan sonra istirahətə yollanıb və 10 gün dostları ilə içki içib.
Xatırladaq ki, DÇ-2018-də Rusiya 1/4 finalda Xorvatiyaya penaltilər seriyasında uduzub. Smolov həlledici anda qol vura bilməyib. Daha sonra xorvatlar Fransaya uduzaraq ikinci yeri tutublar.
