“Formula -1”in sahibləri “Liverpul”u  ala bilər
02 mart 2023 18:49 (UTC +04:00)

“Formula -1”in sahibləri “Liverpul”u ala bilər

0

“Formula -1”in sahibi olan Amerikanın “Liberty Media” şirkəti “Liverpul” futbol klubunun səhmlərinin bir hissəsini almaqda maraqlıdır.

Lent.az bildirir ki, Britaniya mətbuatı xəbər verir. 

Mənbənin sözlərinə görə, “Fenway Sports Group”un hazırkı sahibləri satışa çıxarılacaq səhmlərin payına qərar verən kimi “Liberty Media” komandanın minoritar səhmdarına çevrilə bilər.

O da qeyd olunur ki, klubun satılıb-satılmayacağı hələ ki tam aydın deyil.

“Liberty Media” 2017-ci ildən “Formula -1”in sahibidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1669

Oxşar yazılar