“Formula 1”in keçmiş rəhbəri  intihar edib
30 mart 2022 19:39 (UTC +04:00)

“Formula 1”in keçmiş rəhbəri intihar edib

0

 “Formula 1”in keçmiş rəhbəri Maks Mosli xərçəng xəstəliyinə dözə bilmədiyinə görə intihar edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) keçmiş rəhbərinin ölümü 2021-ci ilin mayında məlum olsa da, ancaq hadisənin hansı şəraitdə baş verdiyi bəlli deyildi.

Məlum olub ki, 82 yaşlı keçmiş funksioner evinin sahibinə və həyat yoldaşına əvvəlcədən “bəsdir” deyib və intihardan əvvəl otağının qapısında “girməyin, polisə zəng edin”  yazıb.

Onun "Başqa seçimim yox idi" qeyd edilən məktubu da tapılıb. 

“Formula 1”in keçmiş rəhbərinin özünü odlu silahla vurduğu məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1735

Oxşar yazılar