FİFA prezidenti “Qarabağ”ı təbrik etdi
28 iyul 2022 00:48 (UTC +04:00)

FİFA prezidenti “Qarabağ”ı təbrik etdi

0

FİFA prezidenti Canni İnfantino “Qarabağ”ı təbrik edib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, isveçrəli funksioner Çempionlar Liqasının II təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” görüşünü stadiondan izləyib.

Əlavə vaxtın oynanıldığı matç 2:2 hesabı ilə nəticələnib. Bu, “Qarabağ”ı III təsnifat mərhələsinə daşıyıb.

İnfantino görüşdən sonra Ağdam təmsilçisinin İdarə Heyətinin üzvü Fevzihan Arası qələbə və mübariz oyun münasibəti ilə təbrik edib, uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2655

Oxşar yazılar