FIFA Rusiya Futbol İttifaqının (RFİ) üzvlüyünün dayandırılması məsələsinə baxmayıb.
Apasport.az saytının məlumatına görə, bu gün Dohada keçirilən Konqresdə RFİ ilə bağlı radikal qərar verilməyib.
İttifaqın üzvlükdən çıxarılması barədə öncədən söz-söhbət yayılsa da, ali futbol qurumu bu məsələni gündəliyinə salmayıb. FIFA Konqresi səs çoxluğu ilə üç milli federasiyanın - Pakistan, Zimbabve və Keniyanın müxtəlif qanun pozuntularına görə üzvlüyünün dayandırılmasına qərar verib.
Qeyd edək ki, daha əvvəl FIFA və UEFA birgə bəyanat yayaraq, Rusiya yığmalarının və klublarının beynəlxalq arenalardakı yarışlardan kənarlaşdırıb.