“Fənərbaxça” “Zenit”in hücumçusu Malkolmu transfer etmək istəyir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, klubun “uyğun şərtlər” yaranarsa, belə bir transferi nəzərdən keçirməyə hazır olduğu iddia olunur.
Qeyd edək ki, 26 yaşlı Malkolm 2019-cu ildə “Barselona”dan “Zenit”ə transfer olunub. O vaxtdan bəri braziliyalı futbolçu “Zenit”in heyətində 108 oyun keçirib, 42 qol vurub və 24 məhsuldar ötürmə edib.
