Fanatlar Mbappenin getməsini istəmir, Makron da işə QARIŞDI
15 iyun 2023 15:06 (UTC +04:00)

Fanatlar Mbappenin getməsini istəmir, Makron da işə QARIŞDI

0

Fransa prezidenti Emmanuel Makron PSJ-nin hücumçusu Kilian Mbappenin Paris klubunda qalmasında israr etməyə çalışacağına söz verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, parisli gənc fanatlardan biri Makrondan Mbappenin PSJ-də qalması üçün nəsə etməsini istəyib və prezident buna belə cavab verib: “Mən bunu təkid etməyə çalışacağam”.

Xatırladaq ki, Mbappenin bu yay PSJ-ni tərk etməyə hazır olduğu bildirilirdi. Hücumçu ilə “Real Madrid” və bir sıra İngiltərə komandaları maraqlanır. Mbappenin parislilərlə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Forvard müqaviləni daha bir mövsüm uzatmaq variantından imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2207

Oxşar yazılar