Əzəli rəqiblərin istədiyi futbolçunun transfer qiyməti açıqlandı
01 mart 2022 04:40 (UTC +04:00)

Əzəli rəqiblərin istədiyi futbolçunun transfer qiyməti açıqlandı

0

“Sevilya”nın müdafiəçisi Jül Kunde “Real”ın hədəfindədir.

Lent.az Apasport.az saytına itinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Çelsi” və “Barselona” da maraqlanır.

Əndəlüs təmsilçisi ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Fransa millisinin üzvünün sözləşməsində 80 milyon avroluq sərbəst qalma maddəsi var. “Sevilya” yalnız həmin məbləğ qarşılığında əsas müdafiəçisini satmağa razıdır.

Qeyd edək ki Jül Kunde bu mövsüm bütün turnirlərdə keçirdiyi 30 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2022

Oxşar yazılar