Ərəb klubunun  baş məşqçisi   ola bilər
07 sentyabr 2023 14:26 (UTC +04:00)

Ərəb klubunun baş məşqçisi ola bilər

0

Londonun “Çelsi”sinin və İngiltərə yığmasının keçmiş müdafiəçisi Con Terri Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunun baş məşqçisi vəzifəsinə təyin olunmağa yaxındır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbolçu karyerasını başa vurduqdan sonra “Aston Villa” və “Lester”də baş məşqçi köməkçisi vəzifəsində çalışıb. Terri son vaxtlar "Çelsi"nin akademiyasında çalışıb.

Mənbənin məlumatına görə, “Əş-Şəbab” rəhbərliyi hesab edir ki, 42 yaşlı ingilis böyük nüfuza və kluba yeni ulduzları cəlb etmək üçün baş məşqçi kimi lazımi keyfiyyətlərə malikdir. Qeyd edilir ki, "Çelsi" əfsanəsinə hörmət etdiyi üçün Terrinin yeni kluba baş məşqçi təyinatına problem yaratmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1879

Oxşar yazılar