Ən titullu futbolçudan  təcavüz iddialarına   CAVAB
14 iyun 2023 13:37 (UTC +04:00)

Ən titullu futbolçudan təcavüz iddialarına CAVAB

0

Dünyanın ən titullu futbolçusu Dani Alveş ona qarşı zorlama iddialarına cavab verib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözləri vəkil vasitəsilə yayılıb.

Həbsdə olan braziliyalı günahsız olduğunu bəyan edib və bunun sübuta yetiriləcəyini qeyd edib.

Nə baş verdiyini və nəyin baş vermədiyini yalnız iki nəfər bilir. Mən həqiqəti deyirəm. Bu, konsensual bir münasibət idi, deyildiyi kimi, kimisə cinsi əlaqəyə inandırmaq heç ağlıma gəlməzdi”, - Alveş deyib.

Bundan əvvəl yanvarın 20-də həbs edilən Alveş zorlama qurbanı olduğu iddia edilən şəxslə cinsi əlaqədə olduğunu etiraf etmişdi. Eyni zamanda həkimlər qızda müqavimət göstərən xəsarətlərin olduğunu təsdiqləyiblər.

Alveş Fransa, İtaliya, İspaniya çempionu olub və bu ölkələrin ölkə kuboklarını qazanıb. Braziliya milli komandasının tərkibində müdafiəçi Olimpiya Oyunlarının və Gənclər arasında Dünya Çempionatının qalibi olub, həmçinin hərəsini iki dəfə Amerika Kubokunu və Konfederasiyalar Kubokunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1618

Oxşar yazılar