"Spartak"ın hücumçusu Kvinsi Promes əmisi oğluna hücum etdiyi üçün həbs cəzası alıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Amsterdam məhkəməsi təcavüzkarı 18 ay müddətinə həbs edib. Bundan əlavə, futbolçu zərərçəkənə 7 min avro ödəməyə borcludur. Qeyd olunur ki, futbolçu məhkəmə iclasında olmayıb.
Xatırladaq ki, 31 yaşlı Promes məclis zamanı əmisi oğluna bıçaqla hücum etdikdən sonra ona qarşı cinayət işi açılıb. Baş verənlərin təfərrüatları hələlik məlum deyil, lakin mətbuat yazır ki, münaqişəyə səbəb futbolçunun qardaşı tərəfindən oğurluq olub.