Emin Mahmudov: “Yeni məşqçinin üslubuna UYĞUNLAŞIRAM ”
12 sentyabr 2023 02:49 (UTC +04:00)

Emin Mahmudov: “Yeni məşqçinin üslubuna UYĞUNLAŞIRAM

0

“Həmin epizod qol olmalı idi. Açığı, elə bilirdim ki, rahat vuracağam. Rahatçılıq məni çaşdırdı”.

Lent.az xəbər verir ki, bunu Belçika ilə görüşdə əlverişli vəziyyətdə fərqlənə bilməyən Azərbaycan yığmasının üzvü Emin Mahmudov deyib.

Təcrübəli yarımmüdafiəçi İordaniya ilə oyuna ciddi hazırlaşdıqlarını qeyd edib. Mahmudov rəqibin sürətli əks-hücumlar qurduğunu vurğulayıb: “. Yoldaşlıq oyunu olsa belə ciddi hazırlaşırıq. Məqsədimiz oktyabrda keçiriləcək qarşılaşmalara daha yaxşı hazır olmaqdır. Bu oyun da bizə kömək etməlidir. Sabah qalib gəlmək istəyirik. Yaxşı komandaya qarşı oynayırıq. Sürətli əks-hücumları var”. 

Yığmanın kapitanı özü barədə də danışıb. O, hazırlığında eniş olması ilə bağlı suala belə cavab verib: “Məncə, tam belə deyil. Çünki keçən il daha çox qol vururdum, epizodlarım da çox olurdu. Klubda yeni məşqçinin üslubuna uyğunlaşıram. Yaxşı və pis olduğunu deyə bilmərəm. Son turda ötürmə etdim və bunun mənə kömək edəcəyini düşünürəm".

Qeyd edək ki, Azərbaycan yığması bu gün Bakıda İordaniya yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2109

Oxşar yazılar