Emin Mahmudov: Öz oyunumuzu göstərib, qələbə qazanmaq istəyirik
11 sentyabr 2023 21:12 (UTC +04:00)

Emin Mahmudov: Öz oyunumuzu göstərib, qələbə qazanmaq istəyirik

1

Yoldaşlıq matçı olsa da, əsas məqsədimiz oktyabrdakı oyunlara qədər bir-birimizi daha yaxşı başa düşməkdir. Bunun üçün hazırlaşırıq. İordaniyanın sürətli əks-hücumları var. Biz isə öz oyunumuzu göstərib, qələbə qazanmaq istəyirik.

Lent.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bakıda İordaniya yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi bu mövsüm yaxşı formada olmaması ilə bağlı fikirlərlə razılaşmadığını bildirib: “Ötən mövsüm çox qol vurduğum üçün diqqət çəkirdim. Bu mövsüm çox qol şansım olmur. Sadəcə, klubumda təzə baş məşqçinin üslubuna uyğunlaşıram. Onun istəklərini yerinə yetirməyə çalışıram”.

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - İordaniya oyunu saat 20:00-da start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2593

Oxşar yazılar