Dünya çempionuna  arvadını öldürmək   İTTİHAMI
14 mart 2024 18:00 (UTC +04:00)

Dünya çempionuna arvadını öldürmək İTTİHAMI

0

Avstraliyalı velosipedçi Roan Dennis həyat yoldaşını qəsdən öldürməkdə ittiham olunur. 

Lent.az bildirir ki, bu barədə “The Guardian” xəbər verir.

Dekabrın 30-da idmançı avtomobili idarə edərkən Adelaida şəhəri ətrafında evlərinin qarşısında arvadı Melissa Hoskinsi vurub. O, ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada ölüb. Onun 32 yaşı var idi.

33 yaşlı Dennis ehtiyatsızlıqdan ölümə səbəb olmaqda şübhəli bilinərək həbs edilib və daha sonra zaminə buraxılıb. Bir gün əvvəl ona rəsmi ittiham irəli sürülüb. Velosipedçini 15 ilə qədər həbs gözləyir.

Dennisin növbəti məhkəmə iclası avqustda olacaq. Bu müddət ərzində Avstraliya hüquq-mühafizə orqanları bütün istintaq hərəkətlərini başa çatdırmalıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3439

Oxşar yazılar