Döyüşə  arvadı   gedir
24 iyun 2023 16:54 (UTC +04:00)

Döyüşə arvadı gedir

0

"Barselona"nın polşalı hücumçusu Robert Levandovskinin həyat yoldaşı Anna qarışıq döyüş növləri (MMA) üzrə yarışmaq niyyətində olduğunu açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Levandovski bu barədə artıq Polşa Qarışıq Döyüş Sənəti Təşkilatının (KSW) sahibi ilə görüşdüyünü bildirib.

"O, mənə dedi ki, hazırlıq iki il çəkəcək", - Anna deyib. O əlavə edib ki, bu görüşdən ilhamlanıb, lakin təşkilatda çıxış etmək təklifini qəbul etməzdən əvvəl əri ilə məsləhətləşmək istəyir.

Levandovski 2022-ci ildə "Barselona"nın heyətinə qoşulub. Əvvəllər o, onqat Almaniya çempionu olduğu "Borussiya" və "Bavariya"da çıxış edib. Polşalı Münhen klubu ilə Çempionlar Liqasının da qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2715

Oxşar yazılar