Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu hollandiyalı yarımmüdafiəçi Corcinyo Veynaldumun transferi üçün Paris Sen-Jermenlə razılığa gəlib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, sentyabrın 1-də futbolçu Səudiyyə Ərəbistanı klubu ilə müqavilə bağlamazdan əvvəl tibbi müayinədən keçməlidir. Keçidin dəyəri 8 milyon avro olaraq qiymətləndirilir.
Xatırladaq ki, “Əl-İttifaq”a “Liverpul”un əfsanəsi Stiven Cerrard başçılıq edir. Səudiyyəlilər də İngiltərə klubunun keçmiş kapitanı Cordan Hendersonla müqavilə imzalayıb.
Veynaldumun PSJ ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Hollandiyalı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında İtaliyanın “Roma”sında keçirib. Futbolçu 23 matç iki qol vurub. Transfermarkt internet portalına görə bir futbolçunun təxmini dəyəri 12 milyon avrodur.