Azərbaycanın daha bir yeniyetmə idmançısında dopinq tapılıb.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, adıçəkilməyən şəxs boksçudur.
Onun diuretiklər və gizlədici agentlər/furosemid istifadəsi sübuta yetirilib. Bu səbəbdən də boksçu 2 illik cəzalandırılıb. Onun cəzası 2024-cü ilin dekabrın 1-də başa çatacaq.
Qeyd edək ki, daha əvvəl bir yeniyetmə ağırlıqqaldıran dopinqdə yaxalanmışdı. O, 4 illik cəzalandırılmışdı.