Culiya Roberts fanatı Pep Qvardiolanı Çempionlar Liqasının qalibi olması münasibətilə təbrik edib.
"Komandasını Çempionlar Liqasında qələbəyə apardığı üçün Pep Qvardiolanı təbrik edirəm", - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, aktrisa “Instagram”da yazıb.
Daha əvvəl “Mançester Siti”nin baş məşqçisi “Gözəl qadın”ın ulduzu və ən yaxşı aktrisa nominasiyasında “Oskar” mükafatının sahibinin onun kumiri olduğunu demişdi.