"Liverpul"un keçmiş futbolçusu və "Aston Villa"nın keçmiş baş məşqçisi Stiven Cerrard məşqçilik karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Lent.az bildirir ki, bu barədə jurnalist Nikolo Şira sosial şəbəkələrdə məlumat verib.
Mənbənin məlumatına görə, 43 yaşlı mütəxəssis “Əl-İttifaq”a rəhbərlik edib. İngilis çalışdırıcının Səudiyyə klubu ilə müqaviləsinin şərtləri hələlik məlum deyil.
Xatırladaq ki, Cerrard 2022-ci ilin oktyabrında “Aston Villa”nın baş məşqçisi vəzifəsindən qovulub. O, əvvəllər Şotlandiyanın “Reyncers” və “Liverpul”un gənclər komandasını idarə edib.