Əfsanəvi məşqçi indi böyük pulların futbol qaydalarını diktə etməsindən təəssüfləndiyini də bildirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, “Real”ın və Rusiya milli komandasının keçmiş baş məşqçisi Fabio Kapello Çempionlar Liqasının favoritlərini müəyyən edib və “Mançester Siti”nin titulunu qorumaq şanslarını da qiymətləndirib.
“Ənənəvi formatın sonuncu dəfə oynanılması utancvericidir. Ancaq böyük pullar indi qaydaları diktə edir. Bu mövsümün favoritlərindən danışsaq, yəqin ki, üç komandanı ayırd edərdim: “İnter”, “Real” və “Bavariya”. Mənə elə gəlir ki, bu üç komandadan biri mütləq finala çıxacaq. "Mançester Siti"nin ardıcıl ikinci dəfə qalib gələcəyinə inanmıram”, - Kapello vurğulayıb.