"Çelsi"nin mətbuat xidməti səhhətindəki problemlərə görə son oyunları buraxan 9 futbolçunun vəziyyəti ilə bağlı məlumat yayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Benua Badyaşil və Armando Broya ümumi qrupda məşqlərə qayıdıblar və güclərini artırırlar.
Ris Ceyms, Kristofer Nkunku, Vesli Fofana, Trevo Çaloba, Markus Bettinelli və Kerni Çukvuemeka zədədən sağalmağa davam edir.
Romeo Laviya tibbi müayindən keçir.