London “Arsenal”ının italiyalı yarımmüdafiəçisi Jorjinyo klubunu dəyişməsinin səbəblərini açıqlayıb.
“Çelsi” rəhbərliyi ilə danışdım. Mənə klubun planlarına daxil olmadığımı açıq şəkildə deyildi. Bəzən sadəcə layihənin bir hissəsi olmadığını qəbul etməlisən. Hər şey nə vaxtsa sona çatır. Karyeramda inkişaf istədim və “Arsenal” layihəsi mənə uyğun gəldi, onların fikirlərini bəyəndim”, - Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu deyib.
Əlavə edək ki, Jorjinyo “Arsenal” ilə müqaviləni bir mövsüm uzatmaq imkanı ilə 2024-cü ilin yayına qədər imzalayıb.
O, bu mövsüm "Çelsi"nin heyətində 25 oyuna çıxıb və 3 qol vurub.