"Çelsi" Potteri  qovmayacaq,   ona inanırlar
27 fevral 2023 11:51 (UTC +04:00)

"Çelsi" Potteri qovmayacaq, ona inanırlar

0

"Çelsi" Qrem Potteri istefaya göndərmək fikrində deyil.

Lent.az xəbər verir ki, “CBS Sports”un jurnalisti Ben Ceykbosun yazdığına görə, London klubunun sahibləri səbirlidirlər və 47 yaşlı mütəxəssisə inanırlar.

Premyer Liqanın 25-ci turunun oyununda "Tottenhem"ə məğlubiyyətdən (0:2) sonra Potterin istefaya göndərilməsi nəzərdə tutulmayıb.

"Çelsi" son 11 oyunda 1 qələbə qazanıb və 4 qol vurub. Komanda ardıcıl 6 oyundur ki, qələbə qazana bilmir.

London klubu Premyer Liqanın turnir cədvəlində 4-cü pillədən 14 xal geri qalır və 10-cu yerdədir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1633

Oxşar yazılar