“Çelsi” onun üçün 70 milyon verəcək 
22 noyabr 2022 18:43 (UTC +04:00)

“Çelsi” onun üçün 70 milyon verəcək 

0

"Çelsi" "Leypsiq"dən daha bir futbolçu alacaq. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu dəfə ingilis və alman klubları alman hücumçu Kristofer Nkunkunun transferi ilə bağlı razılığa gəliblər.

Məlumata görə, klublar arasında razılıq hələ oktyabr ayında əldə olunub. Futbolçunun özü də İngiltərə Premyer Liqasına keçməyə hazırlaşır.

Transfer qış transfer pəncərəsində baş tutacaq. Futbolçu üçün 70 milyon avro ödəniləcək.

Xatırladaq ki, Nkunku 2022-ci il dünya çempionatında Fransa millisinin heyətində çıxış etməli idi, lakin son məşqlərdən birində zədələnərək heyətdən çıxarılıb.

Bu mövsüm 25 yaşlı futbolçu "Leypsiq"də 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1728

Oxşar yazılar