"Çelsi" Lukakunun yerinə  onu istəyir
17 iyun 2023 16:25 (UTC +04:00)

"Çelsi" Lukakunun yerinə onu istəyir

0

“Çelsi”nin belçikalı hücumçusu Romelu Lukaku 2022/2023 mövsümünü icarə əsasında keçirdiyi “İnter”də qalmaq istəyir.

Lent.az xəbər verir ki, londonlular İtaliya klubunun yarımmüdafiəçisi Nikolo Barellanın transferini də belçikalının transfer müqaviləsinə daxil etmək istəyirlər.

“İnter” Lukakunu saxlamaq istəyir, futbolçu da komandada qalmaqdan narazı deyil. Bildirilir ki, “neradzurri” daha bir illik icarə əsasında “Çelsi” ilə razılaşa bilər, sonra Barellanın mübadilə çərçivəsində İngiltərə klubuna transferi həyata keçirilməyəcək.

“Çelsi”, Mason Mount və Kai Havertzin mümkün gedişlərini nəzərə alaraq yeni yarımmüdafiəçi ilə müqavilə bağlamaqda maraqlıdır. Bundan əvvəl “Nyukasl”ın da Barellanı transfer etmək istədiyi bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2123

Oxşar yazılar