“Atletiko Madrid”in hücumçusu Joao Feliks icarə əsasında “Barselona”ya keçib.
Lent.az xəbər verir ki, bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb.
23 yaşlı futbolçunun icarə müddəti 2023/2024 mövsümünün sonuna kimi hesablanıb.
Joao Feliks ötən mövsümün ikinci yarısını “Çelsi”də keçirib. O, iştirak etdiyi 16 oyunda 4 qol vurub. Futbolçunun “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.
Transfermarkt internet portalına görə portuqaliyalının təxmini dəyəri 50 milyon avrodur.