“Barselona”nın hücumçusu Abde Ezzalzuli “Betis”ə keçə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, “mavi qranatlar” “Betis”in təklifini qəbul edib, transfer məbləği 10 milyon avro olacaq.
21 yaşlı mərakeşli ötən mövsüm icarə əsasında “Osasuna”da çıxış edib. Bu mövsüm Ezzalzouli “Barselona”nın heyətində La Liqada 2 oyun keçirib və qol vurmayıb.
Portal Transfermarkt futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.