Bu gün “Bavariya”nın oyunçusu olacaq
22 iyun 2023 11:55 (UTC +04:00)

Bu gün “Bavariya”nın oyunçusu olacaq

0

Portuqaliyalı müdafiəçi Rafael Qerreyro bu gün "Bavariya"ya keçəcək.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,, Münhen komandası futbolçu ilə 2025/26 mövsümünün sonuna qədər 3 illik müqavilə bağlayacaq.

Qerreyro ötən mövsüm Dortmund “Borussiya”sının heyətində bütün klub yarışlarında 37 oyuna çıxıb, 6 qol vurub və 13 məhsuldar ötürmə edib.

Hər iki klub mövsümün sonunda eyni sayda xal toplayaraq çempionluq uğrunda çox mübarizə aparıb, lakin “Bavariya” əlavə göstəricilərə görə Dortmund təmsilçisini qabaqlayıb və ardıcıl 11-ci titul qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1758

Oxşar yazılar