Martın 21-də Mayamidə restoranın yaxınlığında UFC döyüşçüləri Xorxe Masvidal və Kolbi Kovinqton arasında dava düşüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, dava Kovinqton Masvidalın qarşısında dayandığı restorandan çıxanda baş verib. Hadisə nəticəsində polis protokol tərtib etmək üçün münaqişə yerinə gəlib.
Media davadan xəbərdar olduqdan sonra Masvidal Kovinqtonu üzünü göstərməyə çağırıb.
Xatırladaq ki, martın 5-də Las-Veqasda UFC 272 turniri çərçivəsində bu idmançılar öz aralarında üz-üzə döyüş keçirib. Döyüş beş raund davam edib - hakimlər qələbəni yekdilliklə 34 yaşlı Kovinqtona veriblər.