“Vilyarreal”ın hücumçusu Arno Qruneveld yaxın vaxtlarda “Everton”a keçməyə hazırlaşır.
Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.
Qeyd olunur ki, yanvarın 21-də futbolçu tibbi müayinədən keçəcək. Bundan sonra tərəflər rəsmi olaraq müqavilə imzalayacaqlar, sövdələşmənin bütün şərtləri artıq razılaşdırılıb.
Yeri gəlmişkən, hücumçu 2021-ci ilin yayından İspaniya klubunda çıxış edir.