"Beşiktaş"ın futbolçuları koronavirusa yoluxdu
04 yanvar 2022 15:51 (UTC +04:00)

"Beşiktaş"ın futbolçuları koronavirusa yoluxdu

0

Türkiyə Superkuboku matçı öncəsi “Beşiktaş”da məşqçi və futbolçu heyəti koronavirus testindən keçib.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, İstanbul təmsilçisi iki nəfərdə yoluxma faktının qeydə alındığını açıqlayıb.

Onlardan birinin futbolçu, digərinin isə məşqçi olduğu bildirilib. Lakin testi pozitiv çıxan şəxslərin adları gizli saxlanılıb.

Bu gün həmçinin “Beşiktaş”ın Superkubokdakı rəqibi “Antalyaspor”da da 4 futbolçu koronavirus pandemiyası səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, sabah Qətərin paytaxtı Dohada keçiriləcək “Beşiktaş” – “Antalyaspor” oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1811

Oxşar yazılar