Türkiyənin "Beşiktaş" klubu OMİK-in qazaxıstanlı yarımmüdafiəçi Baktiyar Zaynutdinovun xidmətində maraqlı olduğunu bildirib.
Lent.az bildirir ki, “Fotospor”un məlumatına görə, Zaynutdinov 1 nömrəli hədəf kimi İstanbul klubunun transfer hədəfləri siyahısına daxil olub və onun namizədliyi “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş tərəfindən şəxsən təsdiqlənib.
Ötən mövsüm Zaynutdinov Rusiya çempionatında və kubokunda 27 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.
Ordu komandası başa çatan Rusiya çempionatının gümüş medalçıları olub.