"Beşiktaş" məşhur futbolçunu Türkiyəyə gətirdi
02 sentyabr 2021 23:45 (UTC +04:00)

"Beşiktaş" məşhur futbolçunu Türkiyəyə gətirdi

0

Transfer dövrünə aktiv şəkildə başlayan “Beşiktaş” daha ulduzu sıralarına qatıb.

Lent.az “Haber Global”a istinadən xəbər verir ki, “ağ-qaralar” “Barselona”nın ötən mövsüm 60 milyon avroya heyətinə qatdığı Bosniya-Herseqovina millisinin yarımmüdafiəçisi Miralem Pyaniçi 1 il müddətinə icarəyə götürüb.

Kataloniya komandası və Pyaniçlə razılığa gələn “Beşiktaş” bosniyalı ulduzu Türkiyəyə gətirib. Ulduz futbolçu Bakı vaxtı ilə saat 23:30-da İstanbula gəlib.

“Ağ-qara”ların “Barselona”da ilə 8 milyon avro qazanan Pyaniç üçün bonuslarla birlikdə təxminən 3 milyon avro maaş verəcəyi gözlənilir. 5 milyon avroluq fərq Kataloniya komandası tərəfindən qarşılanacaq.

Pyaniç “Barselona” formasında ilə ilk mövsümdə 30 rəsmi matç keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2594

Oxşar yazılar