"Bavariya"nın polşalı hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı açıqlama verib.
“İdman direktoru ilə danışdım və ona “Bavariya” ilə müqaviləmi uzatmayacağımı bildirdim”, - Lent.az-ın xarci mediaya istinadla məlumatına görə, 33 yaşlı Levandovski deyib.
O, tərəflərin daha yaxşı həll yolu tapacağına ümid etdiyini bildirib. Levandovskinin klubla hazırkı müqaviləsi 2023-cü ilin iyulunda başa çatacaq.
Mayın 11-də “Bild” nəşri Levandovskinin komandadakı mövqeyindən narazı olduğunu bildirib. Nəşrin materialında qeyd edildiyi kimi, polşalı “Bavariya”nın yeni müqavilə təklifi və danışıqların çox ləng getməsi ilə kifayətlənməyib.
Hücumçu ilə maraqlanan "Barselona" olub. Kataloniya klubu Levandovskinin transferi üçün 35 milyon avro ödəməyə hazırdır.
Levandovski 2014-cü ildə "Bavariya"da oynamağa başlayıb. Komanda ilə birlikdə Almaniya çempionatında on qələbə qazanıb.