“Bavariya” onu heç vaxt satmayacaq
30 mart 2024 13:10 (UTC +04:00)

“Bavariya” onu heç vaxt satmayacaq

0

“Bavariya”nın idman direktoru Maks Eberl klubun yarımmüdafiəçisi Camal Musialanı satmayacağını bildirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, idman direktoru fikirlərini belə izah edib:

“Camal Musiala satılmır. Onun gələcəkdə “Bavariya”nın siması olacağını gözləyirik. Camal öz oyunu ilə böyük sevinc gətirir. Məqsədimiz onu “Bavariya”nın yeni siması etməkdir”.

Musiala “Çelsi”nin yetirməsidir. Yarımmüdafiəçi 2019-cu ildən “Bavariya”da çıxış edir. Bu mövsüm almaniyalı bütün turnirlərdə 32 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3545

Oxşar yazılar