“Bavariya” “Maynts”ı darmadağı etdi, Keyn rekordu qırdı
10 mart 2024 01:48 (UTC +04:00)

“Bavariya” “Maynts”ı darmadağı etdi, Keyn rekordu qırdı

0

Almaniya Bundesliqasının 25-ci turunda Münxenin “Bavariya” klubu doğma meydanda “Maynts”ı qəbul edib.

Lent.az xəbər verir ki, oyun münxenlilərin böyük hesablı qələbəsi ilə bitib – 8:1.

Bu qələbədən sonra 57 xalı olan “Bavariya” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Birinci yerdə 64 xalla “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Bayer”dir(Leverkuzen).

Qeyd edək ki, "Bavariya"nın futbolçusu Harri Keyn Bundesliqada səkkiz matçda iki və ya daha çox qol vuran ilk futbolçu olub.

Keyn "Maynts"la görüşdə 3 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7384

Oxşar yazılar