“Bavariya” “Mançester Siti”nin müdafiəçisini alır
01 sentyabr 2023 17:28 (UTC +04:00)

“Bavariya” “Mançester Siti”nin müdafiəçisini alır

0

“Bavariya” cari transfer pəncərəsində “Mançester Siti”nin portuqaliyalı müdafiəçisi Joao Kanselonu transfer etməkdə maraqlıdır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, alman klubu futbolçunun icarəyə verilməsini istəyib. Portuqaliyalının “Barselona” ilə şifahi razılığı var. Amma hələ ki, tibbi müayinə olmayıb. “Barselona” bu mərhələdə Kanselonu transfer edə bilməz.

Qeyd edək ki, Kanselo ötən mövsümün ikinci yarısını icarə əsasında Almaniya çempionu olduğu “Bavariya”da 15 oyun keçirib. 1 qol vurub, 4 məhsuldar ötürmə edib. Transfermarkt 29 yaşlı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5743

Oxşar yazılar