“Barselona”ya keçmək istəyir
19 iyun 2023 16:26 (UTC +04:00)

“Barselona”ya keçmək istəyir

0

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabio komandadan ayrılmaq qərarına gəlib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, futbolçunun agenti “Barselona” rəhbərliyi ilə əlaqə saxlayıb və bu yay transfer etməyi təklif edib. Kataloniya klubunun reaksiyası dəqiqləşdirilməyib.

Daha əvvəl Turin nəhənginin fransızla iyunun 30-da başa çatacaq müqaviləni uzatmaq istədiyi bildirilirdi. Futbolçu isə 7 milyon avro maaş tələb etsə də, "Yuventus" belə şərtlərə hazır deyil.

Xatırladaq ki, 28 yaşlı Rabio 2019-cu ilin iyulundan italyanların heyətində çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 48 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4194

Oxşar yazılar