Almaniya millisinə yeni kapitan seçilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, millinin baş məşqçisi Hans-Diter Flik “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğanı yığma komandanın yeni kapitanı seçib:
“Mən kapitan sarğısını İlkaya vermək qərarına gəldim və o, Coşua Kimmixlə birlikdə yeni liderlik dueti formalaşdırdı”.
Almaniya millisi sentyabrın 9-daYaponiya, ayın 12-də isə Fransa yığma komandaları ilə yoldaşlıq oyunu keçirəcək.