"Barselona"nın idman direktoru Mateu Alemani "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanla danışıq şayiələrinə münasibət bildirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, daha əvvəl 32 yaşlı futbolçunun artıq tibbi müayinədən keçdiyi və 2025-ci ilə qədər müqavilə imzaladığı bildirilirdi.
Onun sözlərinə görə, hər şey yeni başlayır.
Xatırladaq ki, almaniyalı yarımmüdafiəçi 2016-cı ildən "Mançester Siti"də çıxış edir. Ötən mövsüm o, 51 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə ilə Premyer Liqa çempionu, İngiltərə Kubokunun qalibi və Çempionlar Liqasının qalibi olub.