"Barselona" sponsorunu   dəyişir
14 mart 2024 13:14 (UTC +04:00)

"Barselona" sponsorunu dəyişir

0

“Barselona” texniki sponsorunu dəyişmək barədə düşünür. Alman şirkəti “Puma” mavi qranatlara 100 milyon avroluq imza bonusu təklif edir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, “Puma”nın belə bir təklifi onların xeyrinə ciddi arqumentə çevrilə bilər. Hazırda “Barselona” sponsoru olan “Nike”dan mövsümdə 85 milyon avro alır, daha 25 milyon avro isə bonus olaraq verilir. Eyni zamanda, Amerika şirkəti müəyyən hədəflərin yerinə yetirilməməsinə görə cərimələr sistemi təqdim edib. “Puma” isə imza bonusuna əlavə olaraq, illik sabit məbləği 120 milyon avro ödəməyə hazırdır.

Qeyd olunur ki, hazırda “Barselona” rəhbərliyi “Puma” ilə əməkdaşlığa meyilli olsa da, “Nike” nümayəndələrindən yekun, təkmil təklif gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3501

Oxşar yazılar