“Barselona”-“Real” derbisinin  gələn mövsümdəki   TARİXLƏRİ
22 iyun 2023 16:18 (UTC +04:00)

“Barselona”-“Real” derbisinin gələn mövsümdəki TARİXLƏRİ

0

La Liqanın növbəti mövsümünün təqvimi açıqlanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2023/24 mövsümünün ilk turu avqustun 12-13-ü, həftəsonu baş tutacaq.

“Barselona” və “Real” arasında “Klassiko” 11-ci və 32-ci turlarda, müvafiq olaraq, 28-29 oktyabr 2023-cü il həftə sonları və 20-21 aprel 2024-cü il tarixlərində keçiriləcək.

“Real” və “Atletiko” arasında Madrid derbisi 6-cı və 23-cü turlarda, şərti olaraq sentyabrın 24-də və fevralın 4-də keçiriləcək.

La Liqanın ilk turunun oyunları:

“Xetafe” – “Barselona”

“Atletik” – “Real”

“Atletiko” – “Qranada”

“Almeriya” – “Rayo Valyekano”

“Selta” – “Osasuna”

“Sevilya” – “Valensiya”

“Las Palmas” – “Malyorka”

“Villyarreal” – “Real Betis”

“Real Sosyedad” – “Jirona”

“Kadis – “Alaves”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1559

Oxşar yazılar